
GƏNCƏ, 31 mart. TELEQRAF
Gəncədə qadın yanıq xəsarətləri alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
46 yaşlı Gülnarə Məmmədova su qızdırıcısının partlaması nəticəsində yanıq xəsarətləri alıb. Yaralı şəhər xəstəxanalarından birinə yerləşdirilib.
Onun müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.