
BAKI, 31 mart. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndi ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb, xəsarət alan olmayıb.