BAKI, 1 aprel. TELEQRAF

Bakı şəhərinin Xəzər rayonunda yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, bitişik ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları 2 m² sahədə, talvarın altında quraşdırılan 1 ədəd kombi aparatı və 1 ədəd su qızdırıcısı yanıb.Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.