YEVLAX, 1 aprel. TELEQRAF

Yevlaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı yol dairəsində qeydə alınıb.

Belə ki, yolda hərəkətdə olan "Kamaz" qarşıdan gələn TIR ilə toqquşub.

Nəticədə "Kamaz"ın sürücüsü xəsarət alıb.

O, yaxınlıqdakı xəstəxanaların birinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.