BAKI, 1 aprel. TELEQRAF

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində paytaxtın Nəsimi və Yasamal rayonlarında vətəndaşlar 2 avtomat silahı, 1 tapança, 2 patron darağı və 38 ədəd patronu könüllü olaraq polisə təhvil veriblər.

Qaradağ rayonu ərazisində isə polis əməkdaşları tərəfindən 1 avtomat silahı tapılaraq götürülüb.

Araşdırmalar aparılır.