
BAKI, 1 aprel. TELEQRAF
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, ondan 6 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, B.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.