BAKI, 1 aprel. TELEQRAF

Yasamal rayonu ərazisində yerləşən qəbiristanlıqların birində oğurluq hadisəsi qeydə alınıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, paytaxt sakini polisə müraciət edərək qohumunun məzarından 350 manat dəyərində gül oğurlandığını bildirib.

Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 21 yaşlı E.Kərimov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.