
BAKI, 10 mart. TELEQRAF
2024-cü ildə Əqli Mülkiyyət Agentliyinə ixtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair 310 iddia sənədi (2023-cü ildə 302 iddia sənədi), o cümlədən ixtiraya aid 204 (2023-cü ildə 201), faydalı modelə aid 69 (2023-cü ildə 67), sənaye nümunəsinə aid 37 (2023-cü ildə 34) və Avrasiya patentinin alınması üçün 39 (2023-cü ildə 35) iddia sənədi daxil olub.
Teleqraf-a Agentlikdən bildirilib ki, patentlərin alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2023-cü illə müqayisədə 2024-cü ildə 4 faizə yaxın artıb. Qeyd olunub ki, həyata keçirilən islahatlar nəticəsində ölkəmiz patent sifarişləri üzrə, yəni ixtira fəallığına görə Cənubi Qafqazda liderdir.