
BAKI, 10 mart, TELEQRAF
Azərbaycan Dillər Universitetində (ADU) bədii rəhbər vəzifəsinə təyin edilən klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tənqidlərə cavab verib.
Klarnet ifaçısı Teleqraf-a açıqlamasında bu sözləri deyib: "Universitetin Tələbələrlə iş və tədbirlərin təşkili üzrə şöbəsinə bədii rəhbər vəzifəsinə təyin edilmişəm.
Niyə buna görə məni tənqid edirlər? Səbəb nədir? Mən Azərbaycan Milli Konservatoriyasının magistr pilləsini də bitirmişəm.
Yaxın günlərdə isə Türkiyədə doktorantura təhsili almaq üçün sənədlərimi təqdim edəcəyəm.
ADU-nu bitirən şəxs xarici dillər üzrə mütəxəssis olur. O, musiqi sahəsindən dərs deyə bilməz.
Bunun üçün Mədəniyyət və İncəsənət Universitetini və ya Asəf Zeynallı adına Musiqi Kollecini bitirmək lazımdır.
Universitetdə işim bədii və musiqi tədbirlərinin təşkilidir".