BAKI, 10 mart. TELEQRAF

“Səma ilə görüş filmi”nin Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində təqdimat mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, tətdbir Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin dəstəyi ilə "Kino Sənayesinin İnkişafı” İctimai Birliyinin “Hər kəs üçün kino” layihəsi çərçivəsində gerçəkləşib.

Mərasimdə aktyorlar Taleh Yüzbəyov, Oqtay Mehdiyev, Nəzakət Heydərova da iştirak ediblər.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, Biləsuvar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Səyalə Şahbazova və başqaları iştirak ediblər.

Qeyd edək ki, filmin nümayişindən sonra tədbir iştirakçıları və aktyorların iştirakı ilə müzakirələr aparılıb.