.jpg)
BAKI, 10 mart. TELEQRAF
Mələyin durumu müsbətə doğru gedir, yaraları sağalır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq "Azərbaycan Uşaqlar Birliyi"nin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, ümumiyyətlə, uşağın psixoloji durumu ilə bağlı müsbət gözləntilər yaxın vaxtlarda özünü doğrultmayacaq:
"Artıq gecə yuxuları, qarabasmalar, qışqırıb oyanmalar başlayıb. Gün ərzində daxili sakitlik müşahidə edilsə də, gecə yenə də narahatlıqlar olur.
Artıq bu həftədən həm psixiatr, həm də nəfəs almasında çətinliklər olduğuna görə burun-boğaz həkiminin qəbuluna aparacağıq", - deyə o əlavə edib.
O, həmçinin, bu gün Mələyin qan testlərinin veriləcəyini bildirib.