BAKI, 10 mart. TELEQRAF

Şimal dənizində neft tankeri yük gəmisi ilə toqquşub.

Teleqraf xəbər verir ki, bu barədə Kral Milli Xilasetmə Qayıqları İnstitutu məlumat yayıb.

Məlumata görə, toqquşma nəticəsində yük gəmisi və neft tankerində yanğın baş verib.

Qəza yerinə 4 xilasedici qayığın göndərildiyi və bir neçə nəfərin gəmiləri tərk etdiyi barədə məlumat verilib.

Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada, qəza xəbərdarlığı ilə "təcili" reaksiyanın koordinasiya edildiyi bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 09.48-də qəza ilə bağlı ilk həyəcan siqnalı verildikdən sonra xilasedici qayıqlar, yanğınsöndürmə qrupları və bir xilasetmə helikopteri əraziyə göndərilib.