
BAKI, 10 mart. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məlumata görə, Zelenski oraya Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü ərəfəsində gedib.
Bildirilib ki, Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşəcək. Görüş Ər-Riyadda baş tutacaq.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında Kiyev və Vaşinqton arasında aparılan danışıqlardan gözləntilərini açıqlayıb: “Düşünürəm ki, Səudiyyə Ərəbistanında yaxşı nəticə əldə edəcəyik".