
BAKI, 10 mart. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri eyni vaxtda Belqorod və Kursk vilayətlərinə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi teleqramda məlumat yayıb.
Moskva vaxtı ilə saat 15:20-dən 15:40-a qədər bölgələrin səmasında iki pilotsuz təyyarə vurulub.
Hər iki pilotsuz təyyarə növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Nazirlik başqa təfərrüatları açıqlamayıb.
Qeyd dək ki, martın 10-da səhər saatlarında Belqorod vilayətinin başçısı Vyaçeslav Qladkov Ukraynanın hücumu nəticəsində bir mülki şəxsin həlak olması barədə məlumat vermişdi.