GORANBOY, 10 mart. TELEQRAF

Goranboy Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

Teleqraf-ın bölgə müxbirinin verdiyi məlumata görə, Əliyev Zaur Valeh oğlu İcra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Zaur Əliyev 1976-cı il noyabrın 22-də Goranboy şəhərində anad olub. Azərbaycan Texnologiya Universitetini bitirən yeni müavin müxtəlif vəzifələrdə çalışıb. O, bu təyinatadək Goranboy Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləyib.