
Bakı, 10 mart. TELEQRAF
"Ölkə daxilində yerli film istehsalçılarına böyük dəstək var. Yerli servis şirkətləri proseslərə hazırdırlar".
Teleqraf xəbər verir ki, Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov
Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin iştirakı ilə "Cinema Talks" (“Kino müzakirələri”) adlı paneldə deyib.
"Film sahəsində başqa ölkələrdə 10 milyonlardan söhbət gedirsə, bu rəqəmlərə biz də uyğunlaşmalıyıq. Bu məsələ sistemləşməlidir. Burada yalnız büdcə məsələsi deyil, eyni zamanda aktyorlar məsələsi də gündəmdədir. Ölkə daxilində kifayət qədər resurslar var. İlk olaraq böyük layihələr həyata keçirmək çətindir. İl ərzində üç-beş film çəkmək olar" - Rəşad Əzizov əlavə edib.