BAKI, 21 fevral. TELEQRAF

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına mobil telefonların keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətindən Teleqraf-a verilən məlumata görə, həbs olunmuş şəxs Əbdüləli Yadigar oğlu Quliyevə nişanlısı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qazanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd işlək vəziyyətdə olan "Samsung" markalı mobil telefon aparatı, 2 ədəd elektrik qidalandırıcısı və 2 ədəd qulaqlıq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.