
BAKI, 21 fevral. TELEQRAF
Səbail rayonu İstiqlaliyyət küçəsində bir nəfərin skuterinin oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı E.Vəliyev müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonu ərazisində yerləşən restorandan bir nəfərin 1070 manatını talamaqda şübhəli bilinən M.Quliyev polis əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.