
BAKI, 21 fevral. TELEQRAF
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 220 m² olan sexin yanar konstruksiyaları 120 m² sahədə yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.