BAKI, 21 fevral. TELEQRAF

Şəmkir şəhərində “Volkswagen" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri və idarəetmə lövhəsi qismən yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.