
BAKI, 20 fevral. TELEQRAF
Tərtər şəhərində ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 88 m² olan 5 otaqlı mənzilin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.