BAKI, 20 fevral. TELEQRAF

Nizami rayonu H.Əliyev prospektində yerləşən evlərin birinin qarşısından moped oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı A.Mərdanov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində yerləşən təkər bazarından isə 400 manat dəyərində iki ədəd avtomobil diski oğurlamaqda şübhəli bilinən 26 yaşlı O.Qurbanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.