
BAKI, 21 fevral. TELEQRAF
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 20 m² olan qazanxananın içərisində 1 ədəd kombi aparatı və divara quraşdırılan elektrik lövhəsində 10 ədəd qoruyucu açar yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qazanxana yanğından mühafizə olunub. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.