BAKI, 11 fevral. TELEQRAF

Səbail rayonu ərazisində yerləşən mağazaların birindən 585 manat oğurlanması barədə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı E.Mirzəyev müəyyən olunaraq saxlanılıb.

Daha bir neçə oğurluq hadisəsi isə Nəsimi və Suraxanı rayonları ərazisində qeydə alınıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qızıl-zinət əşyaları, dəyəri 400 manat olan qol saatı və mağazalardan 600 manatlıq müxtəlif məhsullar oğurlamaqda şübhəli bilinən 31 yaşlı Q.Qəhramanlı, 23 yaşlı Ə.Süleymanlı və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 33 yaşlı M.Məmmədli müəyyən olunaraq saxlanılıblar.

Hər üç faktla bağlı araşdırmalar aparılır.