
BAKI, 11 fevral. TELEQRAF
Lənkəran şəhərinin Şağlaser kəndində ümumi sahəsi 200 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.