BAKI, 11 fevral. TELEQRAF

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 m² olan kafenin yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yüksək temperaturdan lambirdən ibarət tavanı 15 m² sahədə əriyib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən restoranının xarici divarına quraşdırılan tüstü bacasında yağ qalıqları yanıb.

Restoran və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.