BAKI, 15 noyabr. TELEQRAF
“Neftçi”dən ayrılan Alessio Kurçinin karyerasını hansı ölkədə davam etdirəcəyi müəyyənləşib.
Teleqraf xəbər verir ki, 24 yaşlı hücumçu Bosniya və Herseqovinanın “Boraç” klubu ilə müqavilə imzalayıb.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər arasında sözləşmə 2028-ci ilin yayına qədər qüvvədə olacaq.
Qeyd edək ki, Kurçi 2025/2026 mövsümündə “Neftçi”nin formasını geyinib.