BAKI, 15 noyabr. TELEQRAF

İngiltərənin “Mançester Yunayted” klubu məşqçilər korpusuna qadın mütəxəssis cəlb etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Bildirilib ki, komandanın yeni baş məşqçisi Maurisio Poçettino bu istiqamətdə addım atmağı düşünür. Təyinat reallaşarsa, həmin mütəxəssis “Mançester Yunayted”in əsas komandasında çalışan ilk qadın texniki heyət üzvü olacaq.

Poçettino ilə birlikdə ABŞ millisində fəaliyyət göstərən köməkçiləri Xesus Peres, Migel D'Aqostino, qapıçılar üzrə məşqçi Toni Ximenes və onun oğlu, idman elmləri üzrə mütəxəssis Sebastiano da İngiltərə klubunda çalışacaqlar.