BAKI, 14 noyabr. TELEQRAF

İstanbulun “Fənərbağça” klubunun zədəli müdafiəçisi Natan Akenin son durumu bəlli olub.

Teleqraf xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müayinələr zamanı futbolçunun sağ ayağının əzələsində zədə aşkarlanıb. Bu səbəbdən onun ən azı bir ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Natan Ake cari mövsümdə “Fənərbağça”nın heyətində 17 matçda iştirak edib.