BAKI, 14 noyabr. TELEQRAF
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanan “Kəpəz” və “Gəncəbasar” komandaları yoxlama görüşündə qüvvələrini sınayıblar.
Teleqraf xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutan qarşılaşma tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə yekunlaşıb – 1:1.
Oyunda hesabı Premyer Liqa təmsilçisi “Kəpəz”in futbolçusu Kennet Kalunqa açıb. I Liqada mübarizə aparan “Gəncəbasar”ın heyətində isə İlham Hüseynov fərqlənib.