BAKI, 14 aprel. TELEQRAF
Avropanın aparıcı liqalarında 2025/2026 mövsümündə ən çox qol vuran futbolçuların adı açıqlanıb.
Teleqraf “Fichajes”ə istinadən xəbər verir ki, siyahıya Almaniyanın “Bavariya” klubunun hücumçusu Harri Keyn başçılıq edir.
İngiltərə millisinin üzvü 26 oyunda 31 qol vurub.
İkinci pillədə 24 qolla Portuqaliyanın “Sportinq” klubunda çıxış edən Luis Suares qərarlaşıb. “Real Madrid”in ulduzu Kilian Mbappe isə 23 qolla üçüncü yerdədir.
Avropanın ən məhsuldar bombardirlərinin siayahıl belədir:
1.Harri Keyn (“Bavariya”) – 31 qol (26 oyun)
2 Luis Suares (“Sportinq”) – 24 qol (26 oyun)
3. Kilian Mbappe (“Real Madrid”) – 23 qol (26 oyun)
4. Ayase Ueda (“Feyenoord”) – 23 qol (28 oyun)
5. Pol Onuaçu (“Trabzonspor”) – 22 qol (25 oyun)
6. Erlinq Holand (“Mançester Siti”) – 22 qol (30 oyun)
7. Vangelis Pavlidis (“Benfika”) – 21 qol (29 oyun)
8. Vedat Muriqi (“Malyorka”) – 21 qol (30 oyun)
9. İqor Tiaqo (“Brentford”) – 21 qol (32 oyun)
10.Yanis Beqraui (“Eştoril”) – 19 qol (29 oyun)