BAKI, 7 noyabr. TELEQRAF
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litvanın paytaxtı Vilnüsda bir sıra yüksək vəzifəli rəsmilərlə görüşlər keçirib.
Teleqraf xəbər verir ki, bu barədə məlumat Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçius sosial şəbəkə hesabında paylaşılıb.
"Elçin Əmirbəyov Litvanın xarici işlər naziri Kestutis Budris, hökumət kansleri Daukantas, Prezidentin müşaviri Asta Skaisgirite, Seymin sədrinin birinci müavini Grişkeviçius və digər rəsmi şəxslərlə görüşüb. Danışıqlarda Litva-Azərbaycan və Aİ-Azərbaycan əlaqələri, enerji, əlaqə, ticarət, təhlükəsizlik vəziyyəti, Ukraynaya dəstək və Azərbaycan-Ermənistan sülh prosesinə diqqət yetirilib",- paylaşımda qeyd olunub.