BAKI, 7 noyabr. TELEQRAF

Rusiyalı qapıçı Matvey Safonovun keçmiş həyat yoldaşı Anastasiya Kazaçek məhkəməyə müraciət edərək futbolçunun gəlirlərinin yarısını və avtomobilini tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə “Mash na sport” məlumat yayıb.

Məlumata görə, Kazaçek Moskvanın Nikulinski Rayon Məhkəməsinin futbolçunun xeyrinə çıxardığı əvvəlki qərarından apellyasiya şikayəti verib.

O, Safonovun ayrılıqdan sonra əldə etdiyi gəlir və əmlakın 50 faizinin, eləcə də avtomobilinin ona verilməsini istəyir.

Qeyd edək ki, Safonov 2020-ci ildən 2021-ci ilə qədər Anastasiya ilə evli olub. 2024-cü ilin avqust ayının sonlarında Moskva Şəhər Məhkəməsi Nikulinski Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayaraq futbolçuya gəlirinin dörddə birini aliment kimi ödəməyi bildirilib. Ötən il futbolçu ümumilikdə 64 milyon rubldan (təxminən 1 milyon 328 min manat) çox olan bütün aliment borclarını ödəyib.