BAKI, 11 mart. TELEQRAF

“Sabah”ın futbolçusu Coy Lens Mikels Premyer Liqada 50-ci qolunu vurub.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi XXIII turun “Qəbələ” ilə matçına (7:1) təsadüf edib.

Dubla imza atan almaniyalı hücumçu qol sayını 50-yə çatdırıb.

Azərbaycanda yalnız “Sabah”da forma geyinən Mikels 50-ci qolunu 102-ci oyununda vurub.

O, turnirin tarixində 50 və daha çox qola imza atan 44-cü futbolçudur. Coy Lensə qədər Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya cari mövsüm daxil olub.

Almaniyalı futbolçu 2021/22 mövsümündə 11, növbəti çempionatda 17, 2023/24 mövsümündə 1, ötən turnirdə 9 dəfə fərqlənib. O, cari mövsümdə 12-ci dəfə rəqib qapılarına yol tapıb.