BAKI, 5 noyabr. TELEQRAF
İspaniyanın “Real Madrid” klubu UEFA Çempionlar Liqasında əlavə olunmuş dəqiqələrdə vurulan qolların sayına görə rekord müəyyənləşdirib.
Teleqraf xəbər verir ki, Madrid təmsilçisi turnirin Liqa mərhələsinin IV turunda Yunanıstanın AEK klubu ilə səfər oyununda 3:2 hesablı qələbə qazanıb. Federiko Valverde 90+2-ci dəqiqədə vurduğu qolla komandasına üç xal qazandırıb.
Məlumata görə, AEK ilə görüşdə vurulan qol “Real Madrid”in Çempionlar Liqasında əlavə olunmuş dəqiqələrdə vurduğu 49-cu top olub. Bununla da İspaniya klubu əlavə vaxt nəzərə alınmadan turnir tarixində bu göstərici üzrə rekordçuya çevrilib.
Qeyd edək ki, “Real Madrid” 12 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. PSJ eyni xala malik olsa da, əlavə göstəricilərə görə Madrid təmsilçisini qabaqlayır.