BAKI, 5 noyabr. TELEQRAF

“Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu UEFA Millətlər Liqasının C Liqası çərçivəsində Qazaxıstan və Farer adaları yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyətə cəlb olunub.

Qazaxıstanla qarşılaşma noyabrın 13-də, Farer adaları ilə görüş isə noyabrın 16-da baş tutacaq.

Qeyd edək ki, Viktor Stina Moldova millisinin heyətində 34 oyun keçirib və 4 qol vurub.