BAKI, 5 noyabr. TELEQRAF
İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holann Almaniyanın “Leypsiq” komandasına qarşı növbəti dəfə fərqlənib.
Teleqraf xəbər verir ki, Mançester təmsilçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Leypsiq”i 3:2 hesabı ilə məğlub edib. Norveçli forvard da bu görüşdə qol vurub.
Məlumata görə, Holann bütün turnirlər nəzərə alınmaqla “Leypsiq”ə qarşı keçirdiyi 9 matçda 13 qol vurub. Bu, onun Avropanın beş aparıcı liqasında çıxış etdiyi karyerası ərzində hər hansı bir rəqibə qarşı ən yaxşı göstəricisidir.
Qeyd edək ki, Holann 2022-ci ildə “Mançester Siti”yə keçib. O, bundan əvvəl Avstriyanın “Red Bull Zalsburq” klubunda çıxış edib. Norveçli futbolçu Mançester təmsilçisi ilə Çempionlar Liqasının qalibi olub.