BAKI, 4 mart. TELEQRAF
Fransanın PSJ klubunun qapıçısı Bilal Lorendon karyerasını Azərbaycanda davam etdirəcək.
Teleqraf "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı qolkiper "Sabah"la danışıqlar aparır.
Lorendonun Paris komandası ilə müqaviləsi cari mövsümün sonunda bitir. Klubun rəhbərliyi əslən Mərakeşdən olan fransalı futbolçuya yeni sözləşmə təklif etmək niyyətində deyil.
İstedadlı oyunçunun yay transfer pəncərəsində azad agent statusu ilə Masazır təmsilçisinə qoşulacağı bildirilir.
Qeyd edək ki, Bilal Lorendon PSJ-nin yetirməsidir. O, 2019-cu ildən Fransa nəhənginin sistemində çıxış edir.