BAKI, 1 mart. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Baş hakim Tural Qurbanovun idarə etdiyi oyunda qolları Pedro Bikalyo (73), Kevin Medina (78), Musa Qurbanlı (84); Xəyal Əliyev (13), Aron Maluda (54) və Coy Lens Mikels (60) vurublar.
Bu nəticədən sonra Valdas Dambrauskasın komandası xallarını 53-ə çatdıraraq turnir cədvəlində liderliyini qoruyub. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv isə 46 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunlarında “Kəpəz” “Sumqayıt”ı 3:0, “Zirə” “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. “İmişli” – “Turan Tovuz” görüşü 0:0, “Şamaxı” – “Neftçi” qarşılaşması 2:2, “Qəbələ” – “Karvan-Yevlax” oyunu isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.