BAKI, 28 fevral. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XXII turun daha iki oyunu baş tutacaq.
Teleqraf xəbər verir ki, günün ilk matçında “Şamaxı” “Neftçi”ni qəbul edəcək.
Şamaxı şəhər stadionunda saat 14:30-da başlayacaq görüşü baş hakim Kamranbəy Rəhimov idarə edəcək.
Günün digər qarşılaşmasında isə “Qəbələ” öz meydanında “Karvan-Yevlax”la üz-üzə gələcək. Qəbələ şəhər stadionunda saat 17:00-da start götürəcək matçın baş hakimi Kamal Umudlu olacaq.
Qeyd edək ki, turun digər oyunları martın 1-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXII tur
28 fevral
14:30. “Şamaxı” – “Neftçi”
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu
17:00. “Qəbələ” – “Karvan-Yevlax”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu.