BAKI, 4 fevral. TELEQRAF

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, milli Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. U-19-un heyətində qolları Ayşən Salamzadə (11, 89) və Mədinə Curuqova (30) vurublar.
Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək.