BAKI, 15 sentyabr. TELEQRAF

Maya Bitadze Gürcüstanın mədəniyyət naziri təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib.

Bitadze bundan əvvəl Parlamentin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri vəzifəsində çalışıb. 2011-2017-ci illərdə Gürcüstanın ətraf mühitin mühafizəsi naziri, 2017-2020-ci illərdə isə Tbilisi merinin müavini vəzifələrində olub.

Tinatin Ruxadze iyulun 28-də mədəniyyət naziri vəzifəsindən istefa verib.