BAKI, 15 sentyabr. TELEQRAF

İranın hava hücumundan müdafiə qüvvələri son bir neçə gün ərzində dördüncü ABŞ “MQ-1 Predator” pilotsuz uçan aparatını aşkarlayaraq məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

PUA-nın Hörmüz boğazı üzərində vurulduğu bildirilib.