BAKI, 15 sentyabr. TELEQRAF
“Gürcüstan hakimiyyət müxalifət tərəfindən yayılan anti-Rusiya əhval-ruhiyyəsinin dərinləşməsinin qarşısını alacaq”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
O qeyd edib ki, rusofobiya gürcülərə xas deyil və siyasi gərginliyə, iqtisadi problemlərə səbəb ola bilər.
Kobaxidze əlavə edib ki, Tbilisi Moskvaya qarşı praqmatik və prinsipial siyasət yürütməyə davam edəcək. Həmçinin vurğulayıb ki, keçmiş fikir ayrılıqları gürcü və rus xalqları arasında düşmənçilik üçün əsas olmamalıdır.
“Bu, prinsipial fərqdir: biz “rusofobiya” anlayışı öldürməli deyilik, Gürcüstanda rusofobiyanın özünü elə rüşeymindəcə kökünü kəsməliyik. Rusofobiya da, ksenofobiyanın istənilən təzahürü kimi, gürcülər üçün xarakterik deyil. Biz qonaqpərvərliyimiz, əcnəbilərə tolerant münasibətimizlə tanınırıq. Ona görə də, məqsədimiz ksenofobiya kimi, ən qaranlıq fenomenlərdən biri olan rusofobiyanı rüşeymindəcə məhv etməkdir”, - Gürcüstam Baş naziri bildirib.