BAKI, 14 sentyabr. TELEQRAF

"İmişli" klubu futbolçu Vüsal Qənbərovla yollarını ayırıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı oyunçu "Şəfa" komandasına keçib.

Qeyd edək ki, Vüsal Qənbərov 2024-cü ildən "İmişli"də çıxış edib. O, komandanın heyətində keçirdiyi 47 oyunda 2 qola imza atıb.