BAKI, 15 sentyabr. TELEQRAF
Bakının düşmən işğalından azad edilməsinin 108-ci ildönümü münasibətilə Türkiyə parlamentinin sədri Numan Kurtulmuş Azərbaycanı təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə N.Kurtulmuş sosial media hesabında paylaşım edib.
“Can Azərbaycanın paytaxtı Bakı şəhərinin düşmən işğalından azad edilməsinin 108-ci ildönümünü ürəkdən təbrik edirəm.
Bu şanlı zəfərin qəhrəmanlarını, başda Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa olmaqla, əziz şəhidlərimizi və Azərbaycanın istiqlal mübarizəsinə çiyin verən bütün qəhrəmanları minnətdarlıq və şükranla yad edirəm”, – o bildirib.