BAKI, 15 sentyabr. TELEQRAF
"Biz bu əməkdaşlığı davam etdirməliyik".
Teleqraf xəbər verir ki, bunu Bakıda keçirilən “Türk Dünyası Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” panel seriyasının ikinci tədbirində Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
"Azərbaycan-Türkiyə siyasi əməkdaşlığı böyük əhəmiyyət daşıyır. Eyni zamanda, media sahəsində dezinformasiyaya qarşı birgə mübarizə aparmalıyıq. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bir çox digər dövlətlər üçün nümunədir. Ölkələrimiz arasında birgə əməkdaşlıq və fəaliyyət bu istiqamətdə mühüm rol oynayır.
Azərbaycan və Türkiyənin birliyinə qarşı müxtəlif dezinformasiya halları ilə də üzləşirik. Dövlət rəsmiləri dezinformasiyaya qarşı mübarizə və bu sahədə əməkdaşlığın gücləndirilməsi ilə bağlı müvafiq göstərişlər veriblər", - deyə F. Şəfiyev əlavə edib.