BAKI, 15 sentyabr. TELEQRAF
Bu gün Azərbaycanda 15 sentyabr – Bilik Günü qeyd olunur və yeni tədris ili başlayır.
Elm və Təhsil Nazirliyindən Teleqraf-a verilən məlumata görə, ümumilikdə 1,6 milyon şagird ümumi təhsilini davam etdirir. Onların təlim-tərbiyəsi ilə 121 642 müəllim məşğul olacaq.
Bildirilib ki, Yeni tədris ilində ilk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq.
Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayır.
Bundan əlavə, 550-dən çox təhsil müəssisəsində “Rəqəmsal məktəb” platforması tətbiq olunur.
Yeni tədris ili ərəfəsində 850-dən çox təhsil müəssisəsi yenilənib, 15 təhsil müəssisəsi isə yeni istifadəyə verilib.
Elm və Təhsil Nazirliyi 15 sentyabr – Bilik Günü münasibətilə bütün şagird və müəllimləri təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb.