BAKI, 14 sentyabr. TELEQRAF
Türkiyə təmsilçisi “Trabzonspor” italiyalı mütəxəssis Stefano Pioli ilə danışıqlara başlayıb.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Superliqa klubu bir ilə yaxındır işsiz olan 60 yaşlı mütəxəssislə görüşüb.
Lakin tərəflər arasında ilk görüş müsbət nəticələnməyib. İtaliyalı məşqçinin “Trabzonspor”dan uzunmüddətli müqavilə tələb etdiyi və bu şərtin yerinə yetiriləcəyi təqdirdə təklifi qəbul edəcəyi bildirilir.
İtaliya mətbuatının məlumatına görə, tərəflər yaxın zamanda yenidən görüşəcək.
Qeyd edək ki, Pioli son olaraq ötən ilin noyabrınadək “Fiorentina”nı çalışdırıb. O, 2021/22 mövsümündə “Milan”ı 11 ildən sonra İtaliya çempionu edib.