BAKI, 4 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqası təmsilçisi "İmişli" heyətini gənc və perspektivli azərbaycanlı futbolçu Nazim Hüseynov ilə gücləndirib.
Teleqraf klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, 18 yaşlı oyunçu ilə 2 il 6 aylıq müqavilə imzalanıb.
Hüseynov əsasən 10 nömrə mövqeyində, eyni zamanda sol cinah hücumçusu kimi çıxış edir.
Qeyd edək ki, Nazim Hüseynov son olaraq “Qəbələ”-nin formasını geyinib.